» » » "Sumqayıt" Azərbaycan Kubokunda tarix yazdı!

"Sumqayıt" Azərbaycan Kubokunda tarix yazdı!

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Premyer.az xəbər verir ki, günün ikinci qarşılaşmasında "Sumqayıt" "Qarabağ"ı qəbul edib. İlk matçda 1:2 hesabı ilə məğlub olan kimyaçılar cavab görüşündə Azərbaycan Kubokunda tarix yazıblar.
 
2:0 hesabı ilə qalib gələrək adını yarımfinala yazdıran "Sumqayıt" 2017-ci ilin ən böyük sensasiyasına imza atıb.
 
 
Qeyd edək ki, "Sumqayıt" yarımfinalda "Keşlə" ilə görüşəcək.
 
5 dekabr 2017 (cümə)

19:00."Sumqayıt” – "Qarabağ” - 2:0
Qol: Kamal Mirzəyev, 22, Amil Yunanov, 90
İlk oyun: 1:2
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Namiq Hüseynov, Elvin Əsgərov
 
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Asim Xudiyev
Sumqayıt. "Kapital Bank Arena”
 
"Sumqayıt”: 23. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 6. Kamal Mirzəyev, 9. Amil Yunanov, 11. Ehtiram Şahverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov
 
Ehtiyat oyunçular: 36. Süleyman Süleymanov, 10. Cavid İmamverdiyev, 13. Bəhlul Mustafazadə, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə, 90. Ramil Həsənov, 97. Xəyal Nəcəfov
 
Məşqçi: Seymur Rəhimov
 
"Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev (k), 7. Rahid Əmirquliyev, 10. Pedro Enrike, 8. Markos Madera, 11. Mahir Mədətov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 77. Donald Qerye, 99. Dani Kintana
 
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 18. Tarik Elyunussi, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 44. Ağabala Ramazanov, 49. İbrahim Əliyev, 88. Elşən Abdullayev, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov
165     
Reklam

Reklam