» » » Tərlan Əhmədov: "Bu - futbolun bir gözəlliyidir"

Tərlan Əhmədov: "Bu - futbolun bir gözəlliyidir"

"Neftçi” PFK-nın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Kubokunda 1/4 final mərhələsinin "Zirə” klubu ilə cavab oyunundan sonrakı mətbuat konfransında fikirlərini bildirib:

"İlk növbədə 90 dəqiqə bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Kubok oyunları həmişə belə gərgin keçir. Bu da futbolun bir gözəlliyidir. 2017-ci ili həm qələbə ilə, həm də mərhələ adlayaraq başa vurduq. Bu münasibətlə bütün neftçisevərləri, klub rəhbərliyini, kollektivi, fanatları, futbolçuları təbrik edirəm”.

111     
Reklam

Reklam