» » » "Neftçi" Azərbaycan Kubokunun 1/2 finalına yüksəldi

"Neftçi" Azərbaycan Kubokunun 1/2 finalına yüksəldi

Bu gün Azərbaycan kubokunda ¼ finalın 2 matçında cavab oyunları keçirilir. Premyer.az xəbər verir ki, ilk qarşılaşmada "Kəpəz” Gəncədə "Keşlə”yə əzmkar mübarizə ilə 2:3 hesabı ilə məğlub olaraq, Kubokla vidalaşıb.
 
Günün ikinci qarşılaşmasında "Neftçi” gözəl oyun nümayiş etdirərək, "Zirə” üzərində 2:0 hesablı vacib qələbə qazanıb. Beləliklə də bakılılar iki oyunun ümumi nəticəsinə əsasən (Red: ilk oyunda "Zirə" 1:0 hesabı ilə qələbə qazanıb) adını Kubokun yarımfinalına yazdıra bilib.


19:00 "Neftçi” – "Zirə” - 2:0
Qollar: Uqo Barqas, 36, Mirabdulla Abbasov, 45
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Məlik Həsənov 
8-ci km qəsəbə stadionu
 
"Neftçi”: 94. Rəşad Əzizli 15. Ruslan Abışov (k) 6. Rəşad Sadiqov 21. Məhəmməd Mirzəbəyov 5. Anton Krivotsyuk 8. Emin Mahmudov 10. Derlis Meza Kolli 9. Uqo Barqas 17. Rəhman Hacıyev 11. İqnasio Herrera 22. Mirabdulla Abbasov
 
Ehtiyat oyunçular: 53. Maksim Vaylo 27. Məqsəd İsayev 26. Ömər Buludov 20. Elnur Süleymanov 23. Tərzin Cahangirov 7. Namiq Ələsgərov 19. Fəhmin Muradbəyli 16. Pavel Dreksa 3. Mateo Mujek
 
Baş məşqçi: Tərlan Əhmədov
 
"Zirə”: 85. Kamal Bayramov (k) 4. Vüqar Mustafayev 5. Adil Nağıyev 7. Sadio Tounkara 8. Milan Duriç 9. David Manqa 11. Viktor İqbekoyi 23. Yovan Krneta 28. Təmkin Xəlilzadə 38. İlkin Muradov 43. Riçard Qadze
 
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov 10. Orxan Əliyev 17.Vüsal İsgəndərli 19. Elgün Nəbiyev 21. Murad Səttarlı 57. Kənan Zülfüqarov 74. Yusif Nəbiyev 88. Milad Bayramov 87. Müşfiq İlyasov 99. Nicat Qurbanov
 
Baş məşqçi: Ayxan Abbasov
303     
Reklam

Reklam