» » » İrlandiyada oyun zamanı bədbəxt hadisə baş verib

İrlandiyada oyun zamanı bədbəxt hadisə baş verib

İrlandiyada oyun zamanı bədbəxt hadisə baş veribİrlandiyanın "Şelburn" klubunun gənc futbolçusu İzzi Dezu oyun zamanı huşunu itirərək vəfat edib. Premyer.az bildirir ki, bu haqda 98fm.com xəbər yayıb.
 
Hadisə gənclər komandalarının qarşılaşmasının ikinci hissəsində baş verib. Yerə yıxılan 16 yaşlı oyunçuya ilk öncə meydanda kömək göstərməyə çalışıblar. Xəstəxanaya çatdırılan Dezu, özünə gəlmədən elə ordaca keçinib. Mənbə qeyd edir ki, Dezu "Şelburn" klubunun son illər eyni səbəbdən keçinən ikinci futbolçusudur. İlk belə hadisə 2015-ci ilin may ayında baş verib.
 
224     
Reklam

Reklam