» » » ŞOK! Rəşad Sadıqov millinin baş məşqçisi postuna hazırlanır?

ŞOK! Rəşad Sadıqov millinin baş məşqçisi postuna hazırlanır?

Məlum olduğu kimi, Çexiya ilə oyun millimizin kapitanı Rəşad Sadıqov üçün son oyun olacaq və bununla da 35 yaşlı futbolçu milliyə vida edəcək.

Premyer.az xəbər verir ki, Rekord.az Rəşadın bu qərarının arxasında duran məqamlarla bağlı maraqlı məlumatlar əldə edib.

Etibarlı mənbədən bizə ötürülən məlumata görə, Rəşadın qışda, "Qarabağ”dan, ümumiyyətlə, futboldan gedəcəyi gözlənilir. O, bununla bağlı həm Qurban Qurbanovla, həm də AFFA-nın baş katibi Elxan Məmmədovla da danışıb, məsləhətləşib. Çoxlarını Sadıqovun millidən sonrakı fəaliyyəti maraqlandırır. Amma bu məsələ demək olar ki, ölçülüb-biçilib. Rəşadın 2018-ci il üçün ya "Qarabağ”ın, ya da millinin baş məşqçisi olacağı müzakirə olunur. Böyük ehtimalla qışda Prosineçki millidən gedəcək. Onun yerinə əsas namizəd Qurban Qurbanovdu. Əgər Qurbanov millidə işləməyə razılıq versə və "Qarabağ"dan ayrılsa, o zaman "Qarabağ”da onun yerini Rəşad tutacaq. Yox, əgər Qurbanov milliyə getməkdən imtina etsə, o zaman millinin baş məşqçisi postuna birbaşa Sadıovun namizədliyi irəli sürüləcək. Azərbaycan futbolunda yetərincə çəkisi, nüfuzu olan insandır. Özü də ambisiyalıdır. "Qarabağ”ın U-19 komandasında məşqçi kimi təcrübə yığmaq üçün çalışır. Bir sözlə, sadaladığımız məqamlar hazırda AFFA-nın da gələcək planları siyahısındadır. Ən pis halda Sadıqovun U-21 millisinə baş məşqçi təyin olunacağı dəqiqdir.
138     
Reklam

Reklam