» » » "Sumqayıt" Rusiya klubu ilə qarşılaşacaq

"Sumqayıt" Rusiya klubu ilə qarşılaşacaq

"Sumqayıt" FK Rusiyanın "Anji" klubu ilə yoxlama görüşü keçirəcək.

Premyer.az bildirir ki, bu barədə Mahaçqala klubunun rəsmi saytı məlumat yayıb. Oyun Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı çərçivəsində yanvarın 22-i keçiriləcək.

Qeyd edək ki, "Anji" Rusiya Premyer Liqasının turnir cədvəlində 16 komanda arasında 19 xalla 15-ci pillədə qərarlaşıb. "Anji"nin heyətində əslən azərbaycanlı futbolçu Ayaz Quliyev çıxış edir.
53     
Reklam

Reklam