» » » Yunis Hüseynov: "Kubokdan Avropaya gedən yol daha qısadır"

Yunis Hüseynov: "Kubokdan Avropaya gedən yol daha qısadır"

Yunis Hüseynov: "Kubokdan Avropaya gedən yol daha qısadır"Azərbaycan Kubokunun ¼ final mərhələsində "Keşlə” ilə oynayacaq "Kəpəz” bu matça hazırlığını davam etdirir. Bakıda məşq keçən komandanın baş məşqçisi Yunis Hüseynov qarşıdakı görüşlə bağlı fikirlərini kapazpfc.az saytına açıqlayıb:
 
"Çempionatda qış fasiləsi yarandığından bütün diqqətlər kubok oyunlarına yönəlib. Premyer Liqadan qitə miqyaslı turnirə qatılmaq çətin görünür. Amma kubokdan Avropaya gedən yol daha qısadır. Əvvəlki mərhələdə "Binə” ilə görüşdən sonra da bu haqda danışmışdım. Aşağı dəstə təmsilçisi ilə oyunumuz çətin alınmışdı. İndi rəqibimiz elita klubudur. Hər bir komanda kubokda qalib gəlmək istəyir. Bizim kimi "Keşlə” də qarşıdakı matçlara səylə hazırlaşır. Mərhələ keçməyə həvəsliyik. Amma necə olacağını zaman göstərəcək. Deyim ki, çətin oyun olacaq. Premyer Liqa klubları arasında asan görüş yoxdur. Hər iki komandada baş məşqçi dəyişikliyi olub. Bakı təmsilçisinə Ramiz Məmmədov rəhbərlik edir. Onlar da istəklidirlər. Komandalar bir-birilərinə qarşı ciddi hazırlaşır. Çalışıb elə oyun nümayiş etdirməliyik ki, mərhələ keçən tərəf biz olaq. Futbolçularla bu haqda ciddi söhbətimiz olub. Avropaya getmək üçün ən real şans kubokdur. Ona görə də imkandan lazımınca istifadə etməliyik. Komandaya inanıram. Amma bununla belə çox işləmək lazımdır”.     
186     
Reklam

Reklam