» » » "Kəpəz"də ciddi itki: sağalan futbolçu zədəsini təzələdi (FOTO)

"Kəpəz"də ciddi itki: sağalan futbolçu zədəsini təzələdi (FOTO)

Azərbaycan Kubokunun ¼ final mərhələsi çərçivəsində "Keşlə” ilə qarşılaşacaq "Kəpəz” tam heyətlə məşq edə bilmir. Komandanın yarımmüdafiəçisi Məhəmməd Qurbanov zədədən əziyyət çəkir. Bir müddətdir ki, diz qapağında ağrıları olan Qurbanov müalicə olunur. Klubun tibbi personalından kapazpfc.az saytına verilən məlumata görə, "Qəbələ”yə qarşı matçda sıradan çıxan orta xətt oyunçusu tədricən sağalsa da, məşqlərin birində zədəsini təzələyib.
Xatırladaq ki, "Kəpəz”in heyətində daha iki futbolçu zədəlidir. Viktor Oseqeyl və Fərid Məmmədov komandaya kömək edə bilmir.
 

167     
Reklam

Reklam