» » » Ronaldo 5-ci dəfə “Qızıl top”un sahibi oldu

Ronaldo 5-ci dəfə “Qızıl top”un sahibi oldu

"Real”ın və Portuqaliya millisinin üzvü Kriştianu Ronaldo 2017-ci ilin ən yaxşı futbolçusu seçilib.

Ronaldo "France Football”ın təsis etdiyi "Qızıl top”a 5-ci dəfə sahib çıxıb. Bununla da portuqaliyalı ulduz bu göstərici ilə Lionel Messiyə çatıb. 

Ronaldo daha əvvəl 2008, 2013, 2014 və 2016-cı illərdə "Qızıl top”u qazanıb. 

Ronaldo 2016/17 mövsümündə Çempionlar Liqasının, La Liqanın, Klublarası dünya çempionatının, UEFA Superkubokunun və İspaniya Kubokunun qalibi olub. 

O, 12 qolla çempionlar ÇL-in, 4 topla Klublararası dünya çempionatının bombardiri adına sahib çıxıb. 

Qeyd edək ki, ikinci yeri Messi, üçüncü yeri Neymar, dördüncü yeri isə Buffon tutub.
296     
Reklam

Reklam