» » » “Neftçi”nin məşqçisi milliyə dəvət edildi!

“Neftçi”nin məşqçisi milliyə dəvət edildi!

“Neftçi”nin məşqçisi milliyə dəvət edildi! Elxan Abdullayevin istefa verməsindən sonra müvəqqəti olaraq "Neftçi”nin baş məşqçisi təyin olunan, Tərlan Əhmədovun gəlişindən sonra isə "ağ-qaralar”dan uzaqlaşdırılan və əvəzedici komandanın "sükanı arxası”na keçən Elşad Əhmədov hazırkı vəzifəsindən ayrılmağa hazırlaşır.

Premyer.az Futbol11.az saytına istinadən xəbər verir ki, gənc məşqçi "Neftçi”ni Azərbaycan milli komandasına dəyişir. Belə ki, Qurban Qurbanovun millinin baş məşqçi təyin olunmasından sonra aşağı yaş qrupları üzrə milli komandalarda da məşqçi dəyişikliyi baş verib. Bizdə olan məlumata görə, Əhmədov 21 yaşadək futbolçulardan ibarət milli komandamızda çalışacaq. O, yığmanın baş məşqçisi Mahmud Qurbanovun köməkçisi təyin olunacaq. Əhmədov artıq "Neftçi”dən ayrılmağa, millidə işləməyə ilkin razılıq verib.
Qeyd edək ki, Elşad Əhmədov uzun müddət "Qarabağ”da oynayıb. Onun məşqçilik karyerası "Neftçi” ilə bağlıdır.  
226