» » » ”UŞAQ FUTBOLU VƏ TEXNİKİ HAZIRLIQ” (LAYİHƏ)

”UŞAQ FUTBOLU VƏ TEXNİKİ HAZIRLIQ” (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az saytının "Uşaq futbolu”  layihəsi çərçivəsində növbəti yazısını təqdim edirik.
 
Bu dəfə yazımız uşaq futbolunda texniki hazırlığın əhəmiyyəti, mövcud problemlər və çıxış yolları haqqındadır.
 
GİRİŞ
Teniki hazırlıq: Mahiyyət, vəzifələr, üsullar və vasitələr
 
Güc və sürət keyfiyyətlərinin səviyyəsinin artırılması zamanı, topla təmas etdikdə futbolçunun hərəkət strukturu xeyli dəyişə bilər.  Məhz buna görə də hərəki keyfiyyətlərin inkişafı ilə paralel olaraq, texniki elementləri də mənimsəmək lazımdır.
 
Fiziki keyfiyyətlərin inkişafı və texnikanın mənimsənilməsi – hərəki fəaliyyətin vahid tədris prosesinin iki sıx və qarşılıqlı bəndidir. Bu bəndlər arasındakı sərhədi yalnız şərti olaraq çəkmək olar: texniki üsulların öyrənilməsi zamanı da fiziki keyfiyyətlər inkişaf edir. Fiziki keyfiyyətləri inkişaf etdirdikdə isə, məşğuledici texniki üsulların daha mükəmməl işlənilməsinə nail olmaq olar.
Müasir idman məşqlərinin nəzəriyyəsində texniki hazırlıq, idmançının idmanın bu növünün xüsusiyyətlərinə uyğun olaraq və yüksək nəticələrin əldə olunmasını təmin edən, hərəkət sisteminin mənimsənilməsi dərəcəsi ilə səciyyələnir.
 
Məlumdur ki, texniki hazırlığı ayrı-ayrılıqda qiymətləndirmək olmaz, onu yalnız vahid bir sistemin ayrılmaz hissəsi kimi qəbul etmək lazımdır, hansında kı texniki qəraralar – idmançının fiziki, psixiki, zehni, intellektual və taktiki imkanları ilə sıx bağlıdır və hansında kı idman hərəkətlərinin yerinə yetirildiyi mühit konkret xarici mühit şəraitindən asılıdır.
 
Oyun texnikasının yaxşılaşdırılması
 
Gənc futbolçunun idman – texniki hazırlıq prosesi, oyun texnikasının daim yaxşılaşdırılması ilə sıx bağlıdır. Təlim və məşqlərin əsas vəzifələrindən biri – futbol texnikasına hərtərəfli sahib olmaqdır.
 
Bu məsələnin həlli üçün aşağıdakılar tələb olunur:
 
a)     bütün müasir texniki oyun üsullarına eyni dərəcədə sahib olmaq və müxtəlif şəraitdə ən mükəmməl üsullarla onları yerinə yetirməyi bacarmaq;
b)     müxtəlif ardıcıllıqla fəndləri bir biri ilə uzlaşdırmağı bacarmaq;
c)      Komandada yerinə yetirilən funksiyalar ilə əlaqədar, oyunda daha çox istifadə edilən kompleks üsullara sahib olmaq;
d)     Azad və sərbəst hərəkət zamanı yerinə yetirilən üsulların daima keyfiyyətini artırmaq.
Müxtəlif üsulların yerinə yetirilmə texnikasını yaxşılaşdırmağa – səmərəli şəkildə hərəki keyfiyyətlərin (cəldlik, çeviklik, güc, dözümlülük) yüksəldilməsi kömək edir. 
 
Texniki hazırlığın əsas vəzifələri
 
Futbolçuların texniki hazırlıqlarının əsas vəzifələri aşağıdakılardır:
 
1.       Rasional texnikanın bütün müxtəlifliyinin dərindən mənimsənilməsi;
2.      Futbol texnikasına hərtərəfli yiyələnmənin təmin edilməsi,
3.      Çətin oyun şəraitində texniki üsulların etibarlı və səmərəli istifadəsi (rəqib komandaya qarşı oyun zamanı)
 
Beləliklə, futbolçuların texniki hazırlığı - idmançı tərəfindən futbolun xüsusiyyətlərinə cavab verən və yüksək nəticələrin əldə edilməsini təmin edən hərəkət sisteminin qavrama dərəcəsi ilə xarakterizə olunur. 
 
Təhsil və təlimin əsas məqsədi
 
Təhsil və təlimin əsas məqsədlərindən biri – futbol texnikasına hərtərəfli sahib olmaqdır. Gənc futbolçuların texniki hazırlıq səviyyəsinin təkmilləşdirilməsi üçün – sürət, güc, qüvvə, dözümlülük, çeviklik və bu kimi xüsusiyyətlərə sahib olmaq lazımdır.
 
Məsələn, sürətin inkişafı üçün istifadə olunan əsas üsul – maksimal sürətlə həyata keçirilən sürət tapşırıqlarıdır. Dözümlülüyü isə aşağıdakı hərəkətlərin köməyi ilə inkişaf etdirmək olar – xizəklə qaşıç, kross, meşədə qaçış, tez-yavaş qaçış, maneələrlə qaçış, yardımçı oyunlar və sairə.
 
Nümunə - sürətin keyfiyyətinin artırılması
 
Sürətin keyfiyyətinin artırılması üçün hərəkətlər:
 
1.       10 metrdən 60 metrədək olan qısa məsafərələ təkrar qaçış:
2.      İkili qaçışlar – 2 x 10 metr, 4 x 5 metr, 4 x 10 metr, 2 x 15 metr;
3.      15 və 30 metr məsafələrə qaçış;
4.      10, 15, 30 və 50 metr məsafələrə topla qaçış;
 
Texniki üsulun fərdi qaydada öyrənilməsi üçün aşağıdakı mərhələlərin keçilməsi önəmlidir:
 
-         İlkin təlim
-         Geniş təlim (dərindən öyrənmə)
-         Texnikanın təkmilləşdirilməsi
 
İlkin təlim
 
Bu mərhələnin əsas məqsədi – öyrənilən üsulun texniki əsaslarını  tətqiq etməkdir.
 
Texniki üsulun həyata keçirilməsində ilk cəhdlər beyin qabığında sinir proseslərinin irradiasiyası ilə səciyyələnir. Uşaqlarda kifayət qədər inkişaf etməmiş daxili tormozlanma, tətqiq edilən hərəkətin kinematik və dinamik xüsusiyyətlərinin qeyri-dəqiq təsvir edilməsinə, ritmin qeyri-sabitliyinə, lazımsız əlavə hərəkətlərin yaranmasına və əzələlərin boşalmasına gətirib çıxarır.
 
Hərəkət etmə bacarığının formalaşması müddətində, uşaqlarda texniki üsulun ümumilikdə və onun əsas elementlərinin bir bütov halda hərəkəti haqqında fikir formalaşır.
 
Üsulun ilkin öyrənilməsi ilk öncə hekayə vasitəsi ilə tanışlıqla, daha sonra nümayiş etdirməklə və hərəkətlərin praktikada yoxlanılması ilə başlayır.
 
Hekayədə üsulun dəqiq təsviri, oyun zamanı bu hərəkətin (hərəkətlərin) əhəmiyyəti və yerinə yetirmə texnikasının əsasları haqqında məlumat verilir.
 
Uşaqların diqqəti zəyif və onun həcmi az olduğundan, hekayə dəqiq, qısa və sadə anlaşılan olmalıdır.
 
Nümayiş sadəcə formasına görə nümunəvi olmamalıdır. Hərəkətin bütün xarakteristikası optimal şəkildə nümayiş etdirilməlidir. Əksər hallarda nümayiş – qavranışı gücləndirən və dərinləşdirən əlavə izahla müşaiyət olunmalıdır.
 
Hərəki hisslər yaratmaq üçün, praktiki çalışmalar üsulundan istifadə edilir. Öyrənilən hərəkətlərin canlandırılması cəhdləri,  nisbətən daimi və sadələşdirilmiş şərtlərlə yerinə yetirilir. Futbol texnikasının tədrisi zamanı, əsasən bütöv hərəkət üsullarından istifadə olunur, çünki bu üsulların hissələrə bölünməsi, onun biomexanik strukturunun kəskin şəkildə təhrif edilməsinə səbəb ola bilər. 
 
Texniki üsulların təlimi prosesinə "aparıcı” ayaqdan və gənc futbolçuya rahat olan istiqamətə (tərəfə) doğru hərəkət etməklə başlamaq lazımdır. Bu cür təlimlər zamanı "Aparıcı” ayağı sağ və ya sol ayaq olan futbolçular fərqli qruplara bölünməlidir.
 
Təkrarlama
 
Təkrarlamanın dərəcəsi müəyyən edildiyi zaman, yeni koordinasiyalı mürəkkəb tapşırıqların gənc futbolçuların sinir mərkəzlərini tez yorduqlarını nəzərə almaq lazımdır. Məhz buna görə də bu mərhələdə, bir seriya və ya bir tədris-təlim məşqi çərçivəsində az sayda tapşırıqların təkrarlanması daha effektiv xarakter daşıyır.
 
Təkrarlamalar arasındakı fasilələr istirahət üçün kifayət qədər olmalıdır, çünki bu fasilələr zamanı məşqçi öz irad və qeydlərini futbolçulara bildirməli və lazım gəldikdə tapşırıqları yenidən təkrarlamalıdır. Yeni materiallar sonrakı 3-5 dərs ərzində tədris olunmalıdır. Materialların qavranılması üçün futbolçulara müəyyən vaxt verilməlidir.
 
Geniş təlim (Dərindən öyrənmə)
 
Bu mərhələ - öyrənilən hərəkətin texniki əsaslarının möhkəmləndirilməsi və bu hərəkətlərə daxil olan detalların dəqiqləşdirilməsi ilə xarakterizə olunur. Hərəkətlərin mənimsənilməsi prosesində ilkin bacarıq təkmilləşdirilir. Texniki fəndlər düzgün, dəqiq və azad şəkildə həyata keçirilir.
 
Bunun üçün əsasən vahid hərəkət texnikasından istifadə olunur. Şablon təkrarlamaların sayı azalır, bunun əvəzində isə variativ təkrarlamaların sayı kəskin şəkildə artır. Bir təlim zamanı təkrarlanan tapşırıqların sayı da artırılır. Belə olan halda məşqlər daha effektiv nəticə verir.
 
Bu mərhələdə ən effektiv hərəkətlər isə – oyun hərəkətləridir. Daha sonra öyrənilən hərəkətlər eyni zaman intervalında dəfələrlə təkrarlanır.
 
Bundan başqa bu mərhələdə, emosional fon yaradan, tapşırıqların təsir gücünü artıran və tədris prosesini aktivləşdirən oyun və yarış üsullarından istifadə olunur.
 
Texnikanın təkmilləşdirilməsi
 
Texnikanın təkmilləşdirilməsi üçün bütün məlum üsullar tətbiq olunur. Ən çox istifadə olunan – təkrarlanan üsuldur, eləcə də oyun və yarış üsullarının bütün növləri.
 
Koordinasiya bacarıqlarının səviyyəsi az olan və onlara verilən texniki tapşırıqları çox saylı səhvlərlə yerinə yetirən gənc futbolçulara, onların güc və bacarıqlarına uyğun olaraq, daha sadə tapşırıqlar verilməlidir. Belə olan halda, futbolçular tapşırıqları minimum səhvlərlə yerinə yetirəcək və onların özgüvəni daha da yüksələcəkdir.
 
 
p.s. Yazıdakı mütəxəssis fikirləri sayt redaksiyasınınn bu mövzü ilə əlaqədar olan fikirləri ilə üst-üstə düşməyə bilər.
Rauf İskəndərov / Premyer.az
Fotolar: AFFA (Xırdalan şəhəri, 2 saylı orta məktəb)
 
 
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.
 

 

107