» » » Azərbaycan - Rusiya oyununda 7 qol vuruldu

Azərbaycan - Rusiya oyununda 7 qol vuruldu

İranın İsfahan şəhərində təşkil olunan "4 Top Nations” turnirində iştirak edən futzal üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Rusiya yığması ilə qarşılaşan komandamız 3:4 hesabı ilə məğlub olub. Yığmamızın heyətində Kardosa Everton, Karvalho dos Santos və Villiams Oliveira do Nascimento fərqlənib.
Aktivində 1 xal olan millimiz növbəti oyununu dekabrın 6-da, Bakı vaxtı ilə saat 09:30-da Qazaxıstan yığmasına qarşı keçirəcək.

64