» » » "Keşlə" FK-nın mətbuat katibi: "Komandada əhval-ruhiyyə yaxşıdır"- MÜSAHİBƏ

"Keşlə" FK-nın mətbuat katibi: "Komandada əhval-ruhiyyə yaxşıdır"- MÜSAHİBƏ

Sabah Premyer Liqanın XIV turu çərçivəsində "Keşlə" FK səfərdə "Qəbələ"nin qonağı olacaq.
 
Komandanın mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov Premyer.az saytının oyunla əlaqədar bir sıra suallarını cavablandırıb:
 
- Səbuhi bəy, məlum hadisələrdən sonra komandanız sabah ilk oyununa çıxacaq. Hal-hazırda "Keşlə"də futbolçuların əhval-ruhiyyəsi necədir?
- Əhval-ruhiyyə yaxşıdır. Bunu ciddiyyətlə deyirəm.
 
- Yəni meydana növbəti statistika oyunu üçün çıxmayacaqsınız?
- Təbii ki, xeyir.
 
- Komanda qarşısında sabahkı oyunda hansı məqsəd qoyulub?
- Məqsədimiz yüksək oyun nümayiş etdirmək, əldə olunacaq nəticə ilə azarkeşləri sevindirməkdir.
 
 
- Nizami Hacıyev komandadan kənarlaşdırıldıqdan sonra, sabahkı oyunda kapitan sarğısını kim daşıyacaq?
- Çox güman ki Denis Silva Kruz, çünki Nizami olmayanda Denis kapitan sarğısı ilə meydana çıxır.
 
 
Premyer.az
 
153     
Reklam

Reklam