» » » "Keşlə" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq

"Keşlə" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq

Sabah Premyer Liqanın XIV turu çərçivəsində "Keşlə" FK səfərdə "Qəbələ"nin qonağı olacaq.
 
Məlum hadisələrdən sonra əsas heyətinin iki önəmli futbolçusunu komandadan kənarlaşdıran (kapitan Nizami Hacıyev və yarımmüdafiəçi Mirhüseyin Seyidov) komanda sabahkı oyuna itkilərlə çıxacaq.
 
Premyer.az "Keşlə" klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, sabahkı oyunda iki futbolçu meydana çıxa bilməyəcək - bunlar yarımmüdafiəçilər Mirsahib Abbasov və Elnur Abdullayevdir.
 
Qeyd edək ki, Elnur zədəli olduğu üçün, Mirsahib isə soyuqdəymə səbəbi ilə komandalarına kömək edə bilməyəcəklər.
 
218     
Reklam

Reklam