» » » Tofiq Fətullayev: “Çirkin oyunların hesabları olduğu kimi qalacaq"

Tofiq Fətullayev: “Çirkin oyunların hesabları olduğu kimi qalacaq"

Tofiq Fətullayev: “Çirkin oyunların hesabları olduğu kimi qalacaq""İntizam Komitəsinin iclasında futbolçular iştirak etmədilər”. Bunu apasport.az saytına açıqlamasında AFFA-nın İntizam Komitəsinin sədri Tofiq Fətullayev deyib.
 
Bu gün keçirilən iclasla bağlı fikirlərini açıqlayan Fətullayevin sözlərinə görə, "Keşlə”nin ömürlük futboldan kənarlaşdırılan futbolçuları – Nizami Hacıyevlə Mirhüseyn Seyidov barədə çıxarılan qərarlar tam ədalətlidi: "Onları iclasa dəvət etməsək belə, sübut olundu ki, Hacıyevlə Seyidov çirkin oyunlarda iştirak ediblər. Bunu əldə olan faktlar da təsdiqlədi. Bu üzdən də onları futboldan ömürlük kənarlaşdırdıq”.
 
Fətullayev futbolçuların günahının təsdiqləndiyini desə də, əməkdaşımızın "Hacıyevlə Seyidov konkret hansı oyunda şübhəli bilinir” sualını qısa cavablandırıb: "Onların bu əməlləri nəticəni dəyişdirə bilməz. Cəza yalnız futbolçular şamil olunub. Çirkin oyunların hesabları isə olduğu kimi də qalacaq”.
 
Komitənin rəsmi qərarında futbolçulara Apellyasiya üçün 15 gün vaxt verilib. Lakin Fətullayev bildirib ki, bunun da onlara hansısa faydasının olacağına ümid etmir: "İnanmıram ki, AFFA-nın Apellyasiya Arbitraj Tribunalı da onların lehinə qərar verər”. 
51