» » » Mirhüseyn Seyidovdan REAKSİYA — "Sərt qərardı, apellyasiya şikayəti verəcəyəm"

Mirhüseyn Seyidovdan REAKSİYA — "Sərt qərardı, apellyasiya şikayəti verəcəyəm"

Mirhüseyn Seyidovdan REAKSİYA — "Sərt qərardı, apellyasiya şikayəti verəcəyəm"Tanınmış futbolçu Mirhüseyn Seyidov AFFA-nın İntizam Komitəsinin iclasında verilən qərarla bağlı appelyasiya şikayəti verəcəyini bildirib.
Bu barədə "Ölkə.Az"-a açıqlamasında Seyidov qərarın həddindən artıq sərt olduğunu dilə gətirib:
"Orada göstərilir ki, guya digər oyunları da qəsdən uduzmuşuq. Amma bu barədə alnım açıqdır. Apellyasiya şikayəti verəcəyəm. Nizami Hacıyevin qərarından xəbərim yoxdur".
Qeyd edək ki,  "Keşlə" Peşəkar Futbol Klubunun AFFA-ya rəsmi müraciətinə, hüquq-mühafizə orqanları tərəfindən təqdim edilmiş məktuba və UEFA-dan daxil olmuş məlumatlara əsasən, iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyasına görə "Keşlə” Peşəkar Futbol Klubunun futbolçuları - Nizami Hacıyevə və Mirhüseyn Seyidova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilib. 
Xatırladaq ki, tərəflər bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilərlər.
154