» » » Aqressiv davranışa görə "Neftçi"ni ziyana salan kim oldu?

Aqressiv davranışa görə "Neftçi"ni ziyana salan kim oldu?

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.

Topaz Premyer Liqasının XIII turunun "Zirə” – "Qarabağ” matçında "Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
 
Əvəzedici heyətlərin XIII turunun "Neftçi” – "Keşlə” matçının 72-ci dəqiqəsində "Neftçi” klubunun 43 №-li futbolçusu Rəhman Daşdəmirov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 800 manat cərimə olunur (maddə 38.1).
 
Əvəzedici heyətlərin XIII turunun "Kəpəz” – "Qəbələ” matçında "Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).
 
I Divizionun XI turunun "Ağsu” – "Şüvəlan” matçının 77-ci dəqiqəsində "Ağsu” klubunun 8 №-li futbolçusu Arzuman Nəsibov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
 
I Divizionun XI turunun "Binə” – "Mil-Muğan” matçında "Mil-Muğan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
106