» » » Almaniyada çıxış edən yığmamızın sabiq üzvündən xəbər var - ÖZƏL (FOTOLAR)

Almaniyada çıxış edən yığmamızın sabiq üzvündən xəbər var - ÖZƏL (FOTOLAR)

Son illər karyerasını ölkədən xaricdə davam etdirən futbolçularımızın sayı durmadan artır. Legioner həyatı yaşayan həmvətənlilərimizdən biri də Rövşən İsmayılovdur.
 
Premyer.az xəbər verir ki, 2016-cı ilin sentyabr ayından Herford şəhərində yaşayan 25 yaşlı Rövşən hal-hazırda Almaniyanın "Kreisliga A" divizionunda çıxış edən "Türk Herford" (Red: klubun tam adı "Türkischer Verein Herford"dur) klubunun şərəfini qoruyur.
 
8 turdan sonra klub 16 komanda arasında 6-cı yerdə qərarlaşıb. Bütün oyunlarda əsas heyətdə meydana çıxan yarımmüdafiəçimiz öz məhsuldar oyunu ilə də seçilir.  Belə ki, Rövşən artıq 4 qola imza atıb.
 
1971-cı ildə Almaniyada yaşayan türklər tərəfindən yaradılan klubun oyunçularının 90%-ni türk futbolçular təşkil edir. Klubun cəmi 2 legioneri var ki, bunlardan biri Serbiya futbolçusu, digəri isə Rövşən İsmayılovdur. 
 
Qeyd edək ki, həmyerlimiz futbolda ilk addımlarını "Neftçi" komandasında atıb. 10 yaşından 17 yaşına kimi bakılıların heyətində çıxış edən Rövşən daha sonra 3 il ərzində "Qarabağ"ın dublunda çıxış edib və son bir ildə komandanın kapitanı olub. Bundan başqa İsmayılov "Kəpəz", "Ağsu", "Karvan", "Zirə", U-17, U-19 və U-21 (futzal) yığmalarının da şərəfini qoruyub.
 
Rauf İskəndərov / Premyer.az
 
434     
Reklam

Reklam