» » » Millinin baş məşqçisi Panuççi olmalıymış: Elxan Məmmədovun planı necə pozuldu?

Millinin baş məşqçisi Panuççi olmalıymış: Elxan Məmmədovun planı necə pozuldu?

Robert Prosineçkidən sonra Azərbaycan millisinin baş məşqçisi postuna İtaliya millisinin sabiq futbolçusu, hazırda Albaniya millisinin baş məşqçisi postunu tutan Kristian Panuççi tutmalı imiş. 
 
Premyer.az bildirir ki, Rekord.az-a bununla bağlı çox maraqlı məlumat daxil olub.
 
Belə ki, Prosineçkinin gedişi dəqiqləşəndən sonra AFFA yenə də legioner məşqçi axtarışına çıxır. Hədəf bu dəfə İtaliyaya yönəlir. Ənənəvi olaraq, bu işləri yenə də baş katib Elxan Məmmədov görür. Onun hədəfində olan növbəti əcnəbi Albaniya millisinin baş məşqçisi Panuççi idi. Məmmədov menecer Kamil Məmmədovla Riad Rəfiyevi Panuççi ilə danışıqlara yollayır. Lakin "yuxarı"dan gələn göstəriş bir anda baş katibin planlarını alt-üst edir. Göstəriş isə ən yüksək səviyyədən gəlmişdi: millinin baş məşqçisi Qurban Qurbanov olmalıdır. Məhz bundan sonra Elxan Məmmədovun geri addım atmaqdan və Qurbanov seçimi ilə razılaşmaqdan başqa yolu qalmır.
418     
Reklam

Reklam