» » » "Qaradağ Lökbatan"ın baş məşqisi : "Komandamla fəxr edirəm"

"Qaradağ Lökbatan"ın baş məşqisi : "Komandamla fəxr edirəm"

Premyer.az xəbər verir ki, bu sözləri "Qaradağ Lökbatan"ın baş məşqisi Həbib Ağayev deyib. 

Lökbatan təmsilçisi Azərbaycan kubokunun 1/8 final mərhələsində səfərdə "Qarabağ”a uduzaraq (0:2) mübarizəni dayandırıb
Oyundan sonra baş tutan mətbut konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: "Komandamla fəxr edirəm ki, belə bir oyun oynadı. "Qarabağ” Çempionlar Liqasında çıxış edir. Bu oyun bizim üçün yaxşı, böyük təcrübə oldu".  
- Komanda bir müddət çox yaxşı oynasa da, son zərbəni vura bilmirdi.  Bu, nə ilə bağlıdı?
- Bizdə birinci dəstədə qrafik çox sıxdı. Həm də, ilk dəfə bu cür səviyyədə rəqibə qarşı çıxış etdik. Elə futbolçularımız var ki, indiyə kimi Premyer Liqada oynamayıblar. Buna görə, rəqibdən bir qədər çəkinirdilər. Vaxt keçdikcə, bu, aradan qalxacaq.
- Komandanın qarşısına nə məqsəd qoymuşduz?
-  Onlara öz oyunlarını nümayiş etdirmələrini bildirmişdim. Fikrimcə, komandam yaxşı çıxış etdi.
387     
Reklam

Reklam