» » » Tərlan Əhmədov: "Zaqatala” xüsusilə ilk hissədə məni təəccübləndirdi"

Tərlan Əhmədov: "Zaqatala” xüsusilə ilk hissədə məni təəccübləndirdi"

"Neftçi” PFK-nın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Kubokunda 1/8 final mərhələsinin "Zaqatala” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini bildirib:

"Rəqibin oyunu çox xoşuma gəldi. "Zaqatala” xüsusilə ilk hissədə məni təəccübləndirdi. İki gündən sonra bizi "Qarabağ”la ağır oyun gözləyir. Buna görə də komandada bir çox dəyişiklik etdim. Bəzi oyunçulara istirahət vermişdim. Çalışdım ki, oyun praktikası olmayan, şans vermədiyim futbolçular da bugünkü qarşılaşmada meydanda olsunlar. Amma çoxunun oyunundan razı qalmadım. Ümumiyyətlə, müdafiədəki səhvlər böyük problemə çevrilib. Hesab edirəm ki, hücum xəttindəki problemi, demək olar, həll etmişik. Son oyunlarda qollar vururuq, amma müdafiədəki səhvlər məni çox narahat edir. Çalışacağıq, dekabrdan sonra bu problemi də aradan qaldıraq. Bugünkü oyun mənim üçün bir siqnal idi və göstərdi ki, hələ görüləcək işimiz çoxdur”.

165     
Reklam

Reklam