» » » Baqali Dabo “Top-5”ə daxil oldu

Baqali Dabo “Top-5”ə daxil oldu

Baqali Dabo “Top-5”ə daxil olduTopaz Premyer Liqasının XIII turunun "Kəpəz”lə səfər oyununda 2 qol vuran Baqali Dabo "Qəbələ”nin tarixində ən məhsuldar oyunçular siyahısında "Top-5”ə daxil olub. Hesabında 19 qol olan hücumçu 4-5-ci yerləri Daniel Subotiçlə bölüşür. Yalnız üç futbolçu – Viktor Mendi (33), Dodo (30) və Rövşən Əhmədov (20) daha çox qol vurub. Premyer Liqada 15-ci dəfə fərqlənən Baqali UEFA Avropa Liqasında 3, Azərbaycan kubokunda 1 qola sevinib.
 
Baqali Dabo "Qəbələ”nin tarixində ən çox dubl edən futbolçu adına yiyələnib. "Kəpəz”lə qarşılaşmada 2 dəfə fərqlənən hücumçu "qırmızı-qara” formada 5-ci dublunu rəsmiləşdirib. Bununla da Dabo 4 dəfə dubl edən Kənan Kərimovu arxada qoyub. Baqali ötən mövsüm 1 dəfə Premyer Liqa, 1 dəfə UEFA Avropa Liqasında, cari mövsümdə isə 3 dəfə Premyer Liqada bir oyuna 2 qol vurub. O, həm də bir çempionatda 3 dubla imza atan ilk "Qəbələ”lidir.
 
"Kəpəz”lə qarşılaşmanın 26-cı saniyəsində hesabı açan Baqali Dabo mövsümün ən erkən qoluna imza atıb. O, "Qəbələ”nin tarixinə 1-ci dəqiqədə qol vuran 3-cü futbolçu kimi düşüb. Lakin Dodo və Yannik Kamanan ev oyununda bunu bacarmışdısa, Dabo klub tarixinə ən erkən səfər qolunun müəllifi kimi düşüb.
Yannik Kamanan - 23.02.2013. "Qəbələ” – "Xəzər Lənkəran” – 2:0
Dodo - 04.10.2015. "Qəbələ” – "Xəzər Lənkəran” – 6:0
Baqali Dabo - 25.11.2017. "Kəpəz” – "Qəbələ” – 1:6
362     
Reklam

Reklam