» » » ”UŞAQ FUTBOLU VƏ FİZİKİ HAZIRLIQ” (LAYİHƏ)

”UŞAQ FUTBOLU VƏ FİZİKİ HAZIRLIQ” (LAYİHƏ)

”UŞAQ FUTBOLU VƏ FİZİKİ HAZIRLIQ”  (LAYİHƏ)AFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az saytının "Uşaq futbolu”  layihəsi çərçivəsində növbəti yazısını təqdim edirik. Bu dəfə yazımız futbolun uşaqların fiziki formasına təsiri, mövcud problemlər və onların çözüm yolları mövzusundadır.
 
GİRİŞ

Futbol – futbolçuların yüksək hərəkət aktivliyi ilə xarakterizə edilir. Bu hərəkətlər müxtəlif formalarda özünü biruzə verir – məsələn hoppanma, qaçış, sürətlənmə, müxtəlif istiqamətlərdə yerindən sıçrayış hərəkətləri və sairə.
Gənc futbolçuların fiziki və texniki hazırlıq məsələlərinin əsas həlli yolları – fiziki hərəkətlərdir. 
 
Gənc futbolçuların hazırlığı zamanı, fiziki keyfiyyətlərin inkişafına yönəlmiş iki əsas qrup hərəkətlərdən istifadə edilir: qeyri-spesifik (qaçış, hoppanma, güc avadanlıqlarında hərəkətlər) və spesifik (taktiki-texniki hərəktlər). 
Birinci qrup hərəkətləri - əsas (baza) fiziki keyfiyyətlərin inkişafına yardımcı olur (ümumi dözümlülük, ümumi güc və sairə).
İkinci qrup hərəkətlər isə, yuxarıda qeyd edilən əsas qrup hərəkətlərinin spesifikləşdirilməsindən ibarətdir.
 
Futbolçuların əsas hazırlıq vasitələri fiziki tapşırıqlardan ibarət olduğu üçün, bu tapşırıqların gənc futbolçunun orqanizminə təsirini gözdən keçirmək lazımdır. Bunlar isə müxtəlif amillərlə müəyyən edilir.
 
Bütün amilləri bir neçə əsas qrupda cəmləşdirmək olar:
 
Gənc futbolçuların fərdi xüsusiyyətləri
Fiziki tapşırıqların təsir gücü aşağıdakı amillərdən asılıdır:
 
-         Şagirdlərin fərdi xüsusiyyətləri. Fiziki hərəkətlərin təsir gücü şagirdlərin yaşından və cinsindən, onların aktivliyindən və marağından, bilik səviyyəsindən, bacarıqlarından və fiziki formasından asılıdır.
 
-         Fiziki hərəkətlərin orqanizmə təsiri aşağıdakı xüsusiyyətlərlə ölçülür: onların çətinlik dərəcəsi, emosianallığı, yeniliyi. Emosional və yeni hərəkətlər insan orqanizminə daha effektiv təsir göstərir.
 
-         Hərəkətlərin düzgün dozası. Hərəkətlərin (tapşırıqların) mükəmməlliyi – onların dozasından (çətinliyindən) asılıdır. Az və ya yüngül yükləmələr lazımi effekti vermir. Yüksək dozalar, əksinə, uşaqların sağlamlığına zərər verə bilər.
Əgər eyni hərəkətləri müxtəlif şəraitdə həyata keçirsək, onun insan orqanizminə təsiri də müxtəlif olar. Məsələn, eyni hərəkətlərin təsiri – havanın temperaturu və rütubətindən, idman avadanlıqlarının keyfiyyətindən, geyimdən, tədris və istirahət rejimindən, şagirdin həvəsindən və digər amillərdən asılıdır.
 
Sümük sisteminin formalaşması
 
Düzgün qurulduğu zaman, idman dərsləri uşaq orqanizminin formalaşmasına müsbət təsir göstərir. Dərslərin optimal şəraitdə keçirilməsi – fiziki hərəkətlərin dayaq-hərəkət sisteminin (sümük sisteminin) inkişafına kömək edir. Çünki gənc yaşlarında uşaqların sümük sistemi hələ də tam formalaşmayıb və ciddi dəyişikliklərə məruz qalır. Bütün bunlar, tapşırıqlar verildiyi zaman mütləq nəzərə alınmalıdır.
Adətən 9-11 yaş arasında əl barmaqlarının falanqlarının, 10-13 yaşında isə qol bağının sümükləşmə prosesi başa çatır. 14-16 yaş arasında isə qırıldaqlarda və sütün disklərində sümükləşmə zonaları yaranır.
 
Boy və çəkinin formalaşması
 
Yeniyetmə yaşlarında uşaq orqanizminin çəkisinin və boyunun yüksək templə artması müşaiyət olunur. Boyun uzanması gənclərdə adətən 17-18 yaşda yekunlaşır. Məhz buna görə aşağıda qeyd edəcəyimiz hərəkətlər - çiyin qurşağı və çanaq sümüklərinin əyrilməsinə və onların düzgün inkişaf etməməsinə səbəb olur. Bu hərəkətlər – hündürlükdən yerə hoppanma, çiyin-çiyinə toqquşma, sağ və sol ayağın qeyri-bərabər yüklənməsi və sairə hərəkətlərdir.
 
Əzələ sisteminin formalaşması
 
Uşaq skeletinin sürətli inkişafı onların əzələlərinin, vətərlərin və bağ-oynaq aparatının formalaşması ilə bağlıdır.
8 yaşındakı uşağın əzələ çəkisi, onun bədəninin ümumi çəkisinin 27%-ni, 12 yaşında – 24,9%-ni, 15 yaşında – 32,6%-ni, 18 yaşında isə - 44,2%-ni təşkil edir.
 
Əzələlərin funksional xüsusiyyətləri 7-10 yaş arası ciddi şəkildə dəyişikliklərə məruz qalır. 14-15 yaşındakı yeniyetmənin əzələsinin funksional xüsusiyyətləri böyük insanın əzələlərindən çox da fərqlənmir. Ən sürətli güc inkişafı 9-15 yaş arası müşaiyət olunur.
Orqanizmin əsas güc göstəriciləri 73,2 kg-dan 103,2 kg-dək, yəni 30 kg yüksəlir. 15-17 yaş arası əsas əzələ gücü cüzi miqdarda dəyişir və yalnız 16-20 yaş arasında bu güc böyük insanın əzələ gücünə çatır.
 
Futbolçularda orqanizmin əsas güc göstəricilərinin orta illik inkişafı 12,3 kg-a bərabər olur. 12-18 yaş arasında ən yüksək əzələ inkişafı topada müşaiyət olunur – 2,5 dəfə. 
 
Qan dövranı
 
Əzələ sistemindəki bu dəyişikliklər əsasən qan dövranının sürətlənməsi ilə əlaqədardır. Qan dövranı əzələni oksigenlə və qida maddələri ilə zənginləşdirir. Belə olan halda əzələlərdə ehtiyat kapillyarlar açılır, qan dövranı xeyli artır, bu da öz növbəsində maddələrin mübadiləsini yaxşılaşdırır, müxtəlif orqan və sistemlərin fəaliyyətinin səmərəliliyini artırır.
 
Sürətin inkişafı
 
Futbol – gənc futbolçuların sürətinin də yüksəlməsinə səbəb olur. 7-12 yaş arasında hərəkət tempi intensiv şəkildə artır. Sürət və hərəkətlərin ixtiyari tezliyi, bunların maksimal sürətinin saxlama qabiliyyəti 14-15 yaşlarında maksimum həddə çatır.
Məsələn futbolçularda 60 metr məsafəyə qaçışda sürətlənmə 12-15 yaş arası, göstəricilərin stabilləşməsi isə 15 yaşından sonra müşaiyət olunur. Bu da gələcəkdə "sürət səddi”nin yaranmasına gətirib çıxara bilər.
11-18 yaş arasında 60 metr məsafəyə qaçışda sürət orta hesabla 1,4 saniyəyə qədər yaxşılaşırsa, 12-15 yaş arası bu göstərici 1,16 saniyəyə bərabərdir. Gələcək illərdə isə bu göstərici minimuma enir – 0,24 saniyə.
 
Fiziki hərəkətlərin orqanizmə təsiri
 
Fiziki hərəkətlər hər hansı bir orqan və ya sistemə təcrid olunmuş şəkildə deyil, ümumilikdə bütün orqanizmə təsir edir və beləliklə də, nəinki əzələ strukturunda, oynaqlarda, bağlarda, həm də daxili orqanlarda və onların funksiyalarında, maddələrin mübadiləsində və immun sistemində dəyişikliklərə səbəb olur.
 
Fiziki hərəkətlərin həyata keçirilməsi zamanı əzələ fəaliyyətinin gücləndirilməsi, ürəyi və orqanizmin digər orqan və sistemlərini əlavə yüklənmə ilə işləməyə məcbur edir və beləliklə də onların xarici mühitin əlverişsiz təsirlərinə qarşı funksional imkanlarını, müqavimətini  artırır.
 
Fiziki hazır insanlar oksigen aclığını, qan tərkibinə radiasiyanın təsirini, qızdırılmaya və üşütməyə dayanıqlığı  daha yaxşı keçirir.
Fiziki yükləmələrin nəticəsində ürəyin iş qabiliyyəti, hemoqlobinin miqdarı, eritrositlərin sayı artır, qanın faqositoz (qoruyucu) funksiyası yüksəlir. Fiziki hərəkətlərin təsiri nəticəsində daxili orqanların nəinki funksiyaları, quruluşu da təkmilləşir.
 
Xatırlama qabiliyyəti  
 
Hərəkətə olan yaddaş uşaqlarda yaşlaşdıqca həm kəmiyyət, həm də keyfiyyət baxımından dəyişir. 7-12 yaş arası uşaqlarda xatırlama qabiliyyəti daha tez inkişaf edir. Bu dövrdə ixtiyari hərəkətlərin koordinasiyası xeyli yaxlışaşır. Hərəkətlər əvvəlkindən nisbətən az enerji sərfi ilə yerinə yetirilir, daha dəqiq və sürətli olur.
9-10 yaş arası oğlanlar futbol oyununun sadə üsullarına nisbətən asanlıqla yiyələnir və gələcəkdə, daha böyük yaşda, bu üsulların təkmilləşdirilməsi çox uğurlu keçir.
Nə qədər ki tez uşaqlar futbolla məşğul olmağa başlayırlar, onların hərəkət etmə bacarıqları müvafiq imkanlarına görə, daha tez və asan formalaşır.
 
Beləliklə də, futbolla məşğul olma, uşaq və yeniyetmələrin orqanizminə hərtərəfli təsir göstərir. Gənc futbolçuların fiziki hazırlıqlarının yaxşılaşdırılmasına yönəldilmiş hərəkətlərin əksəriyyəti orqanizmə müsbət təsir göstərərək: əzələ-bağ aparatını möhkəmləndirir, daxili orqanların funksiyalarını və sistemlərini təkmilləşdirir, hərəkətin koordinasiyasını yaxşılaşdırır və ümumi səviyyəsinin yüksəlməsinə xidmət edir. Amma eyni zamanda bunların hər biri bu və ya digər keyfiyyətin inkişafına yönəlib.
 
Bir sözlə, fiziki yüklənmənin təsiri altında orqanizmin iş qabiliyyəti artır və bunun nəticəsində də gənc futbolçuların fiziki forması daha da yaxşılaşır.

p.s. Yazıdakı mütəxəssis fikirləri sayt redaksiyasınınn bu mövzü ilə əlaqədar olan fikirləri ilə üst-üstə düşməyə bilər.
Rauf İskəndərov / Premyer.az
Fotolar: AFFA
 
 
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

 

 

 

 

 

84