» » » Yunis Hüseynov: "Uşaqlar vəziyyəti yaxşı başa düşürlər"

Yunis Hüseynov: "Uşaqlar vəziyyəti yaxşı başa düşürlər"

Yunis Hüseynov: "Uşaqlar  vəziyyəti yaxşı başa düşürlər"Sabah doğma meydanda "Qəbələ" ilə görüşəcək "Kəpəz" bu gün keçirdiyi son məşqlə qarşıdakı oyunun hazırlığını yekunlaşdırıb. Premyer.az xəbər verir ki, Gəncə şəhər stadionunda keçirilən hazırlıq prosesindən sonra komandanın baş məşqçisi Yunis Hüseynov matç ilə bağlı fikirlərini kapazpfc.az saytı ilə bölüşüb:
 
""Kəpəz"in baş məşqçisi postunda Gəncədə debüt edəcəyim üçün həyacanlı deyiləm. Çünki mənim üçün doğma yerə, evimə gəlmişəm. Son günlərdə verdiklərə dəstəyə görə azarkeşlərimizə minnətdarlığımı bildirirəm. Onlara səslənib sabahkı oyunumuza dəvət edirəm. Stadiona gəlib komandaya azarkeşlik etmələrini istəyirik. "Kəpəz"i yeni qəbul etmişəm, cəmi 4 məşq keçmişik. Görürəm ki, əhval-ruhiyyə yaxşıdır. Amma itkilərimiz var. Cəza və zədə səbəbindən bəzi futbolçular bizə kömək edə bilməyəcəklər. Onların yoxluğu komandaya çətinlik yaradacaq. Futbolçuların əhval-ruhiyyəsindən hiss edirəm ki, komanda yaxşı nəticə qazanacaq. Bizim fikrimiz qalib gəlməkdi. Uşaqlar da vəziyyəti yaxşı başa düşürlər. Oyunçular mübarizə keyfiyyətlərini ortaya qoyub, yaxşı çıxış etməlidirlər".
173     
Reklam

Reklam