» » » Millimizin qapıçısı ölkə xaricində əməliyyat olundu

Millimizin qapıçısı ölkə xaricində əməliyyat olundu

Millimizin qapıçısı ölkə xaricində əməliyyat olunduAzərbaycan milli komandasının və "Zirə” klubunun qapıçısı Anar Nəzirov Türkiyədə əməliyyat olunub.
Bir müddətdir yaşıl meydançalardan kənar qalan qolkiperin bərpa prosesi ilə sağalacağı gözlənilsə də, son anda işlər qarışıb. Son müayinədən sonra Anarın əməliyyata ehtiyacı olduğu ortaya çıxıb. Odur ki, qolkiper qardaş ölkədə həkim Hasan Taşcı tərəfindən əməliyyat olunub. Anarın 10 gün sonra məşqlərə başlayacağı gözlənilir.
Qeyd edək ki, Nəzirovun yoxluğunda "Zirə”nin qapısı və kapitan sarğısı Kamal Bayramova həvalə olunub.
84