» » » “Keşlə”nin tarixində yeni antirekord

“Keşlə”nin tarixində yeni antirekord

“Keşlə”nin tarixində yeni antirekordBakının "Keşlə” klubu antirekorda imza atıb. Əvvəllər "Xəzər Universiteti” və "İnter” adları altında çıxış edən komanda tarixində ilk dəfə ardıcıl 6 çempionat matçında məğlubiyyət alıb. Bu yeni antirekord Topaz Premyer Liqasının XII turunda rəsmiləşib. Öz meydanında "Zirə”yə 0:1 hesabı ilə uduzan paytaxt təmsilçisi 6-cı dəfə meydanı xalsız tərk edib.
Sonuncu xalını "İnter” adlandığı vaxt "Zirə” ilə səfər matçında qazanan komanda sentyabrın 23-dəki 1:1 hesablı bərabərlikdən sonra xal üzünə həsrətdir. Bu müddətdə "Neftçi” və "Qarabağ”a eyni 0:2, "Səbail”ə 0:1, "Kəpəz”ə 0:2 və "Sumqayıt”a 1:3 hesabı ilə uduzan keşləlilər uğursuz seriyanı "Zirə” ilə matçda da davam etdirib.
Bunadək 20 yaşlı klubun Premyer Liqa tarixindəki ən uzun məğlubiyyət seriyası 5-ə bərabər idi. Bakılılar 1999/2000 mövsümündə "Xəzər Universiteti” adı ilə ardıcıl 5 dəfə yenilmişdi. 2000-ci ilə təsadüf edən seriya 17 ildən sonra yeni antirekorla geridə qaldı.
444     
Reklam

Digər xəbərlər

30-10-2017, 16:43

“Kəpəz” ilkə imza atıb

11-09-2017, 18:30

250-ci dəfə 3 xal

Reklam