» » » Tərlan Əhmədov: "Qarşıdakı oyunlara köklənməliyik"

Tərlan Əhmədov: "Qarşıdakı oyunlara köklənməliyik"

"Neftçi” PFK-nın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasında 12-ci turun "Qəbələ” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini bildirib:

"Maraqlı oyun alındı, amma təəssüf ki, məğlub olduq. Bu da futbolun bir qanunudur. Son iki qarşılaşmada yaxşı oynasaq da, uduzuruq. Bununla belə, futbolçulara gözəl və sürətli oyuna görə təşəkkür düşür. Qarşıda çempionat və kubok oyunları var. Sırf bu matçlara köklənməliyik”.
158     
Reklam

Reklam