» » » “Kəpəz”in yeni baş məşqçisinin adı bəllidir!

“Kəpəz”in yeni baş məşqçisinin adı bəllidir!

“Kəpəz”in yeni baş məşqçisinin adı bəllidir!"Səbail”ə məğlubiyyətdən sonra "Kəpəz”in baş məşqçisi postundan istefa verən Şahin Diniyevin əvəzləyicisi artıq müəyyənləşib.

Premyer.az Futbol11.az-a istinadən xəbər verir ki, klub hələ bunu rəsmən açıqlamasa da, Azərbaycan futbolunun tanınmış nümayəndələrindən olan Yunis Hüseynovla bütün məsələlər dünən razılaşdırılıb. Hüseynov dünən komandaya rəhbərlik etməyə razılıq verib. Çalışdırıcı ən azından mövsümün sonuna qədər "Kəpəz”ə rəhbərlik edəcək.
Qeyd edək ki, futbolçu karyerasının böyük hissəsi "Neftçi”yə bağlı olsa da, Hüseynov Gəncə futbolunun yetirməsidir. Karyerasını məhz Gəncədə bitirən Hüseynov məşqçi kimi "Karvan”, "Standard” və "Xəzər Lənkəran”da çalışıb. 
Xatırladaq ki, bu 3 klubun heç biri hazırda fəaliyyət göstərmir.
182     
Reklam

Reklam