» » » I Divizion, VIII tur: Liderlər sülhlə ayrıldı, bombardir yenə fərqləndi

I Divizion, VIII tur: Liderlər sülhlə ayrıldı, bombardir yenə fərqləndi

I Divizion, VIII tur: Liderlər sülhlə ayrıldı, bombardir yenə fərqləndiAzərbaycanın Birinci Divizionunda VIII tura yekun vurulub.

Premyer.az xəbər verir ki, son oyun günündə üç görüş keçirilib. "Mil-Muğan" evdə "Şüvəlan"ı böyük hesabla məğlub edib - 3:0. Lider "Qaradağ Lökbatan" Tovuzda "Turan Tovuz"la "sülh bağlayıb" - 1:1. Bu oyunda Birinci Divizionun bombardiri olan meydan sahiblərinin hücumçusu Elnur Səmədov penaltidən bərabərlik qolunu vurmaqla, çempionatdakı qollarının sayını 8-ə çatdırıb. Günün 3-cu qarşılaşmasında isə "Xəzər" "Zaqatala"nı məğlub edib - 2:0. 
 
"Mil-Muğan" - "Şüvəlan" 3:0
Qollar: Samir Babayev, 39; 59. Bayram Əliyev, 44. 
 
"Xəzər" - "Zaqatala" 2:0
Qollar: Aslan Hüseynov, 22. Fərid Səmədzadə, 72.
 
 
"Turan Tovuz" - "Qaradağ Lökbatan" 1:1
Qollar: Elnur Səmədov, 66 - Sabir Allahquliyev, 38.
 
Dünən keçirilən görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
 
"Ağsu” 0-2 "Binə”
(Renat Aşurov, 68, 82)

MOİK 3-1 "Sabah”
(Orxan Həsənov, 36; İsmayıl İbrahimli, 59; Bilal Abbaszadə, 75 // Bayram Nuruzadə, 37)
136