» » » Qurban Qurbanov millinin ilk toplanışını keçirəcək - zaman və məkan da bəllidir

Qurban Qurbanov millinin ilk toplanışını keçirəcək - zaman və məkan da bəllidir

Qurban Qurbanov millinin ilk toplanışını keçirəcək - zaman və məkan da bəllidirMilli komandamızın Qurban Qurbanovun rəhbərliyi altında ilk təlim-məşq toplanışının vaxtı və məkanı müəyyənləşib. Premyer.az Sport24.az-a istinadən xəbər verir ki, millimiz Topaz Premyer Liqasının dövrələrarası fasiləsi zamanı - yanvar ayında bir araya gətiriləcək.
Toplanış yanvarın 25-də start götürəcək və fevralın 2-dək davam edəcək. Qurban Qurbanov hazırlıqları Türkiyənin Antalya şəhərində keçirəcək.
Qeyd edək ki, qış fasiləsinə dekabrın 3-də yollanacaq Premyer Liqa iştirakçıları mövsümün 2-ci yarısına fevralın 10-da start verəcəklər.
128