» » » Samir Ələkbərov: "Paltardəyişmə otağı sanki xəstəxanaya çevrilib"

Samir Ələkbərov: "Paltardəyişmə otağı sanki xəstəxanaya çevrilib"

Samir Ələkbərov: "Paltardəyişmə otağı sanki xəstəxanaya çevrilib"U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsində keçirilmiş Azərbaycan – Almaniya oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:

Samir Ələkbərov (Azərbaycan U-21 yığmasının baş məşqçisi): "Futbolçular meydanda əziyyət çəkdiyi kimi, biz də kənarda əziyyət çəkirdik. Səhvlər çoxdu, bunların üzərində işləyəcəyik. Uşaqlarda istək var idi. Komanda yaxşı hazırlaşmışdı. Sadəcə ilk oyunda 1:6 uduzmuşduq. Üstəlik, oyun başlayan kimi qol buraxmağımız çıxışımıza təsir etdi. Ola bilsin, bu qol uşaqları həvəsdən saldı.
Kosovo ilə oyunda dəyişikliklər olacaq. Paltardəyişmə otağı sanki xəstəxanaya çevrilib. Bir neçə oyunçu zədələnib. Elnur Cəfərov, Renat Dadaşov, Bəhlul Mustafazadə əzələsini dartıb”.
 
Stefan Kuntz (Almaniya U-21 yığmasının baş məşqçisi): "İlk oyunda böyük hesabla qalib gəlməyimizə baxmayaraq, bu qarşılaşmaya ciddi hazırlaşmışdıq. Azərbaycan millisi öz meydanında yaxşı çıxış edir. Bu görüşdə xal itirə bilərdik. Buna görə, oyuna yaxşı köklənmişdik. Məşqçi kimi komandamın böyükhesablı qələbə qazanmasına görə şadam. Rəqib xüsusilə də standart vəziyyətlər zamanı təhlükəli olurdu.
Meydançanın vəziyyətinə gəldikdə, öt örtüyü çox yaxşıdır. Paltardəyişmə otaqları da təmiz və səliqəlidir. Dünən məşqdən əvvəl meydançanın sulanmasını xahiş etdim, dərhal yerinə yetirdilər. Buranın insanları çox gülərüzlü və səmimidirlər”.
 
106