» » » SON DƏQİQƏ! Ansi Aqolli yayılan xəbərləri təkzib etdi - ÖZƏL

SON DƏQİQƏ! Ansi Aqolli yayılan xəbərləri təkzib etdi - ÖZƏL

Albaniya millisinin və "Qarabağ" komandasının futbolçusu Ansi Aqolli son günlər mətbuatda onun  haqqında yayılan xəbərləri təkzib edib.
 
Premyer.az saytına müraciət edən 35 yaşlı müdafiəçi, onun "Qarabağ" komandasından getməsi haqqında yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib:
 
- "Haqqımda yayılan xəbərlər doğru deyil. Bir jurnalistin "Skenderbeu"da oynamaq istərdiniz mi? sualına, - "Mənim "Qarabağ"la müqaviləm var və mən bu klubda mümkün qədər uzun müddət oynamaq istərdim" - deyə cavab vermişəm.
 
Mən deməmişəm ki, gedib "Tirana"da oynamaq istəyirəm. Mənim yeganə arzum, karyeramda bir dəfə də "Tirana"nın heyətində Albaniya çempionu olmaqdır, çünki mən bu komandanın yetirməsiyəm. Bu sadəcə bir arzudur."
 
Qeyd edək ki, 2005-ci ildən Albaniya yığmasının şərəfini qoruyan Ansi Aqolli millidə 73 oyunda 3 qola imza atıb.
 
FOTO: RAUF İSKƏNDƏROV / PREMYER.AZ
 
263