» » » Azərbaycan - Almaniya oyunu Qazaxstanlı hakimlərə tapşırıldı

Azərbaycan - Almaniya oyunu Qazaxstanlı hakimlərə tapşırıldı

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində noyabrın 9-da, saat 18:00-da, "Dalğa Arena"da Azərbaycan və Almaniya yığmaları arasında keçiriləcək oyunu Qazaxıstandan olan hakimlər idarə edəcək:

Baş hakim: Daniyar Sakhi
Baş hakimin köməkçiləri: Alibek Aubakirov, Evgeni Belski
Dördüncü hakim: Bulat Sariyev
 
Premyer.az bildirir ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsində iyunun 29-u "Dalğa Arena”da təmsilçimiz "Zirə"nin "Differdanj"la (Lüksemburq) keçirdiyi ilk oyununu da Daniyar Sakhi idarə etmişdi.
594     
Reklam

Reklam