» » » “Neftçi”nin "Zirə" sindromu davam edir

“Neftçi”nin "Zirə" sindromu davam edir

Topaz Premyer Liqasında ardıcıl 4 oyunda qalib gələn "Neftçi”nin qələbə seriyası qırılıb. "Ağ-qaralar” XI turun "Zirə” ilə səfər oyunundan xalsız ayrılıb. 0:1 hesabı ilə uduzan Tərlan Əhmədovun yetirmələri 42 gündən sonra xal itkisi və məğlubiyyət acısı yaşayıb. Paytaxt klubu sonuncu dəfə sentyabrın 24-də "Qəbələ” ilə görüşdə uduzmuşdu – 1:2.
Qələbə seriyası qırılan "Neftçi” "Zirə” ilə matçlardakı uğursuz seriyanı qıra bilməyib. Belə ki, "ağ-qaralar” Premyer Liqa çərçivəsində 10-cu dəfə qarşılaşdığı qəsəbə klubunu bu dəfə də yenə bilməyib. "Neftçi” 2 dəfə heç-heçə etdiyi rəqibinə 8-ci dəfə uduzub. Son 6 görüşdə isə "Zirə” qələbə qazanıb.
304     
Reklam

Reklam