» » » Kamran Ağayev qovuldu

Kamran Ağayev qovuldu

Kamran Ağayev qovulduÇexiya çempionatında 13-cü turun görüşləri keçirilir.

Premyer.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Mlada Boleslav” səfərdə "Banik”lə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 1:0.
Kamran da bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb. Lakin Kamran sona qədər meydanda qalmayıb. 73-cü dəqiqədə hakimə etiraz edən Ağayev sarı vərəqə alıb. 2 dəqiqə sonra vaxtı uzadan Kamran hakimin növbəti dəfə qəzəbinə tuş gəlib. Referi millimizin qolkiperinə 2-ci sarı vərəqə göstərərək onu vaxtından əvvəl meydandan qovub.
Geridə qalan turlarda 17 xal toplayan "Mlada Boleslav" 16 klub arasında 8-ci pillədə qərarlaşıb.
158