» » » AFFA Qurban Qurbanovla rekord müddətli müqavilə imzaladı!

AFFA Qurban Qurbanovla rekord müddətli müqavilə imzaladı!

AFFA Qurban Qurbanovla rekord müddətli müqavilə imzaladı!Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Premyer.az bildirir ki, iclasda millinin yeni baş məşqçisinin adına aydınlıq gəlib. "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu ilin dekabr ayından, Robert Prosineçkinin yığma ilə müqavilə müddəti bitdikdən dərhal sonra millinin "sükanı arxasına” keçəcək.
İclasdan sonra AFFA prezidenti Rövnəq Abdullayev və Qurban Qurbanov brifinq keçirib. Abdullayev Qurbanovun milli ilə müqavilə müddətini açıqlayıb. O, əvvəlki illərdən fərqli olaraq, tsikllə yox, uzunmüddətli müqavilə bağlandığını qeyd edib. Belə ki, Qurbanovla 3 tsikli əhatə edəcək 6 illik (2024-cü ilə kimi) müqavilə bağlanıb.
206