» » » "Kəpəz"in debütantı: "Öz oyunuma 10 ballıq sistemlə, bu balı verərdim..."

"Kəpəz"in debütantı: "Öz oyunuma 10 ballıq sistemlə, bu balı verərdim..."

"Kəpəz"in debütantı: "Öz oyunuma 10 ballıq sistemlə, bu balı verərdim..."Dünən, Topaz Premyer Liqasının IX turu çərçivəsində keçirilən "Kəpəz" - "Neftçi" (0:1) oyunundan sonra, meydan sahiblərinin 14 nömrəli yarımmüdafiəçisi Fərid Məmmədov oyun haqqında öz fikirlərini Premyer.az saytı ilə bölüşüb. Qeyd edək ki, bu 20 yaşlı futbolçunun komandanın əsas heyətində debüt oyunu idi.
 
 
Fərid Məmmədov: "Bir neçə qol epizodlarımız oldu, çalışdıq vuraq, amma bu şanslarımızı dəyərləndirə bilmədik. Gərək daha da əzmkar oyun nümayiş etdirərdik. Düşünürəm ki, futbolçularımızın fiziki forması normaldır.
 
Əsas heyətdə ilk oyunum idi. 10 ballıq sistemlə götürsək, öz oyunuma 6-7 bal verərdim, komandaya isə 8-9 bal. Debütum olduğu üçün, həyəcan hiss edirdim, amma çalışırdım bunu bildirməyəm. Böyük futbol - əvəzedicilərə baxanda çox çətindir. Daha məsuliyyətli və əzmkar oyun tələb edilir. Psixoloji cəhətdən də çətin idi. Oyuna və komandaya adaptasiya olmaq vaxt tələb edir. Həyəcan amili də var idi, amma düşünürəm ki, oyundan-oyuna bunlar hamısı düzələcək.”
 
FOTO VƏ MÜSAHİBƏ: RAUF İSKƏNDƏROV / PREMYER.AZ / GƏNCƏ
165