» » » Kərim Diniyev: "Bu oyunun taleyini bir qol həll edəcəkdi, onu da..."

Kərim Diniyev: "Bu oyunun taleyini bir qol həll edəcəkdi, onu da..."

Kərim Diniyev: "Bu oyunun taleyini bir qol həll edəcəkdi, onu da..."Dünən, Topaz Premyer Liqasının IX turu çərçivəsində keçirilən "Kəpəz" - "Neftçi" (0:1) oyunundan sonra, meydan sahiblərinin 5 nömrəli yarımmüdafiəçisi Kərim Diniyev oyun haqqında öz fikirlərini Premyer.az saytı ilə bölüşüb.
 
Kərim Diniyev: "İlk hissədə, hesab 0:0 olarkən, əlimizə düşən imkanlardan yararlana bilsəyik, oyun daha başqa cür olacaqdı, çünki "Neftçi” bura xal qazanmağa gəlmişdi və məcbur qabağa atılacaqdılar. Biz də əks hücumlardan istifadə edən komandayıq, qol vura bilərdik, amma heyif ki yaratdığımız fürsətlərdən istifadə edə bilmədik və standart vəziyyətdən sadə bir qol buraxdıq. İkinci hissədə çalışdıq ki hesabı bərabərləşdirək, amma alınmadı.
 
Rəqib komandada təcrübəli futbolçular var, məsələn Rəşaq Sadiqov, Emin Mahmudov, Rəhman Hacıyev, hansılar ki, topla yaşxı oynayırlar. İlk hissədə fiziki hazırlıqla problemimiz yox idi. Biz "Neftçi”ni əks hücumlarda yaxalamaq istəyirdik. Eyni taktikanı da onlar bizə qarşı istifadə edirdi. Bu oyunun taleyini bir qol həll edəcəkdi, onu da "Neftçi” vurdu, standart vəziyyətdən…”
 
FOTO VƏ MÜSAHİBƏ: RAUF İSKƏNDƏROV / PREMYER.AZ / GƏNCƏ
125