» » » Tural Rzayev: "Açıq oyun oldu və etiraf etmək lazımdır ki..."

Tural Rzayev: "Açıq oyun oldu və etiraf etmək lazımdır ki..."

Tural Rzayev: "Açıq oyun oldu və etiraf etmək lazımdır ki..."Dünən, Topaz Premyer Liqasının IX turu çərçivəsində keçirilən "Kəpəz" - "Neftçi" (0:1) oyunundan sonra, meydan sahiblərinin 10 nömrəli hücumçusu Tural Rzayev, oyun haqqında öz fikirlərini Premyer.az saytı ilə bölüşüb. Qeyd edək ki, 46-cı dəqiqədə meydana çıxan 24 yaşlı futbolçu, meydan sahiblərinin heyətində oyunun ən fəallarından olub.
 
Tural Rzayev: "Fikrimcə hesabı bərabərləşdirmək üçün bir az ustalığımız çatmadı. Bir çox fürsətlərdən istifadə edə bilmədik. Elə oyun gedirdi ki, hər iki tərəf qələbə qazana bilərdi. Hər iki komandanın şansları olduğu zaman, kim daha tez və daha dəqiq oynayırsa, o da qalib gəlir. "Neftçi” əlinə düşən fürsəti layiqincə dəyərləndirdi və ustalığını nümayiş etdirdi. Açıq oyun oldu və etiraf etmək lazımdır ki, müsbət nəticə əldə etmək üçün bizim ustalığımız çatmadı.
 
Komandada psixoloji gərginlik var və bu da məğlubiyyətlərlə bağlıdır. Psixoloji baxımdan futbolçuların üzərinə təzyiq var. Bu mövsüm demək olar ki, komandanın heyətinin 75%-I dəyişib. Əksəriyyəti gənc futbolçulardır və onların ustalıq səviyyəsi yaşca böyük futbolçulardan daha azdır. Biz kollektiv futbol oynamağa çalışırıq, komanda futbolu, lakin bir birimizə uyğunlaşmaq üçün bir az vaxt lazımdır. Nə qədər vaxt lazım olduğunu deyə bilmərəm, ancaq öz səhvlərimiz üzərində işləyirik və çalışırıq ki, yaxşı oyun nümayiş etdirək. İnşallah bunu bacaracağıq, buna inanıram.”
 
FOTO VƏ MÜSAHİBƏ: RAUF İSKƏNDƏROV / PREMYER.AZ / GƏNCƏ
115