» » » Qurban Qurbanov: "Məncə, hakim düz qərar qəbul etmədi"

Qurban Qurbanov: "Məncə, hakim düz qərar qəbul etmədi"

Qurban Qurbanov: "Məncə, hakim düz qərar qəbul etmədi""Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "Atletiko" ilə oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
 
Premyer.az xəbər verir ki, Qurban Qurbanov aşağıdakıları söyləyib:
 
"Uşaqlar sona qədər düzgün oynamağa çalışdılar və maksimum güclərini qoydular. Azarkeşlər də bu gün bizə yaxşı dəstək oldular. Vacib xal qazandıq. Bu turnirin gücünü hiss etməyin futbolçularımıza böyük faydası olacaq”.

"Bir işə yeni başlayanda həyəcan həddindən artıq olur. Bu gün istəyimiz çox idi. Amma oyun ərzində çatışmayan cəhətlərimiz də oldu. Rəqibə bir neçə qol şansı verdik. Düşünürəm ki, futbolçularımız getdikcə daha faydalı oynayacaqlar.

Dino ilə söhbətimiz olmadı. Sadə epizod idi. Məncə, hakim düz qərar qəbul etmədi. Penalti verməsəydi belə, ikinci sarı vərəqəni göstərməməli idi. Ndlovu da çox üzgün idi".

Qurbanov matçın sonlarında zədə alan Bədavi Hüseynovun durumu haqda da məlumat verib: "Həkimlərin bu gün dediyi fikir heç də xoş deyil. Dizində ağrıları var. Sabah rentgendən keçəcək, ondan sonra dəqiq bilinəcək".

Ağdam klubunun çalışdırıcısı Ndlovunu növbəti matçda kimin əvəz edəcəyinə aydınlıq gətirb: "Variantımız çox deyil. Ya Mahir Mədətov, ya da Ramil Şeydayev oynayacaq. Buna vaxtı çatanda qərar verəcəyik. Epizodlara gəlincə, hakimin haqlı və ya haqsız olduğuna baxacağıq. Futbolda belə hallar olur. Başımızı aşağı salıb, oyunumuzu göstərməliyik. Bizim müraciət edib, vaxt itirməyə ehtiyacımız yoxdu.
 
FOTO: RAUF İSKƏNDƏROV
164     
Reklam

Reklam