» » » AFFA hakimi təhqir edən baş məşqçini cəzalandırdı

AFFA hakimi təhqir edən baş məşqçini cəzalandırdı

AFFA hakimi təhqir edən baş məşqçini cəzalandırdıAFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Premyer.az iclasda qəbul edilən qərarları diqqətinizə çatdırır:
 
15 oktyabr 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının VIII turunun "Səbail” – "Neftçi” matçının 85-ci dəqiqəsində "Neftçi” klubunun 10 №-li futbolçusu Derlis Meza Colli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

15 oktyabr 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz  Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VIII turunun "Zirə" – "Kəpəz” matçında "Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur.
 
16 oktyabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun III turunun MOİK – "Şüvəlan” matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
 
16 oktyabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun III turunun "Binə” – "Qaradağ Lökbatan” matçında "Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
 
16 oktyabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun III turunun "Turan Tovuz” – "Mil-Muğan” matçında "Turan Tovuz” və "Mil-Muğan" klublarınn 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur.
 
Oyunun 71-ci dəqiqəsində "Mil-Muğan” klubunun 16 №-li futbolçusu Elməddin Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
 
11 oktyabr 2017-ci il, Gənclər Liqasında, "Sumqayıt” – "Səbail” matçının 90+2-ci dəqiqəsində "Səbail” klubunun 10 №-li futbolçusu Tahir Zeynalov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
 
16 oktyabr 2017-ci il, Bakcell U-17 Liqasında, "İnter” – "Səbail” matçının 35-ci dəqiqəsində "İnter” klubunun 3 №-li futbolçusu Tofiq Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
 
12 oktyabr 2017-ci il, U-16 Liqasında, "Neftçi” İK İB – "Neftçi” PFK matçının 36-cı dəqiqəsində "Neftçi” İK İB klubunun baş məşqiçisi Rafael Əmirbəyov hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır.
 
15 oktyabr 2017-ci il, Boulevard Hotel U-15 Liqasında, "Sumqayıt” – "Səbail” matçının 63-cü dəqiqəsində "Sumqayıt” klubunun 13 №-li futbolçusu İlkin İbrahimov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
 
14 oktyabr 2017-ci il, U-14 Liqasında, "Gəncə” TİM – TİM (Gəncə) matçının 43-cü dəqiqəsində TİM (Gəncə) klubunun 9 №-li futbolçusu Nahid Tanrıverdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
 
14 oktyabr 2017-ci il, Coca-Cola U-13 Liqasında, UGİM (Tovuz) – "Qartal” (Tovuz) matçında "Qartal” komandasanın heyətində lisenziyası olmuyan futbolçu iştirak etdiyinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
 
15 oktyabr 2017-ci il, U-10 Liqasında, "Göyçə” (Bakı) – "Sunami” (Sumqayıt) matçında "Göyçə” komandasanın iştirak etməməsinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
 
14 oktyabr 2017-ci il, qızlar arasında keçirilən Yüksək Liqanın "Zaqatala”– "Fidan” matçında "Fidan” komandası iştirak etmədiyinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
 
15 oktyabr 2017-ci il, U-16 qızlar Liqasında, "Əhmədli Yunayted”– "Fidan” matçında "Fidan” komandası iştirak etmədiyinə görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
350     
Reklam

Reklam