» » » "Atletiko"nun rəsmi saytı: "Bakıdakı oyunda mütləq qələbə qazanmalıyıq"

"Atletiko"nun rəsmi saytı: "Bakıdakı oyunda mütləq qələbə qazanmalıyıq"

"Atletiko"nun rəsmi saytı: "Bakıdakı oyunda mütləq qələbə qazanmalıyıq"Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində bu gün "Qarabağ"la qarşılaşacaq İspaniyanın "Atletiko" komandası, qarşıdakı görüş haqqında xəbər dərc edib. Premyer.az xəbəri diqqətinizə çatdırır:
 
- "Bazar ertəsi günortadan sonra Bakıya uçan "Atletiko" Madrid komandası "Qarabağ"a qarşı keçirəcəyi mühüm matçda mütləq qələbə qazanmalıdır. 2013-cü ildə Bakıda keçirdiyimiz yoldaşlıq oyunundan sonra bu Azərbaycandakı ilk rəsmi oyunumuz olacaq.
 
İki qrup oyunundan sonra, Çempionlar Liqasının növbəti mərhələsinə daha yaxın olmaq üçün, Bakıdakı oyunda mütləq qələbə qazanmalıyıq. Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ" hələ ki qalib gəlməyib və "Çelsi"yə 6:0, "Roma"ya isə 1:2 hesabı ilə məğlub olub.
 
Buna baxmayaraq, klub Azərbaycan Premyer Liqasında 7 oyuna 19 xal toplayıb. Son turda isə komanda Bakının "İnter" klubuna səfərdə qalib gəlib."
 
107