» » » “Gənclik şəhəri” təmsilçisindən mənfi yubiley

“Gənclik şəhəri” təmsilçisindən mənfi yubiley

"Sumqayıt” Premyer Liqada 300-cü qolunu buraxıb. Premyer.az xəbər verir ki, bu, Topaz Premyer Liqasının VIII turuna təsadüf edib. Öz meydanında "Qəbələ”yə 0:1 hesabı ilə uduzan "Gənclik şəhəri” təmsilçisi mənfi yubileylə üzləşib. Bu matçadək 203 qarşılaşmada 299 top buraxan sumqayıtlılar 204-cü oyunda üçüncü "yüzlüy”ü qapayıb. Bu isə o deməkdir ki, "Sumqayıt” orta hesabla hər matçda 1,47 top buraxıb. Buraxılan 300 qola isə komanda 191 topla cavab verib. Bu 300 topdan 116-sı ev, 184-ü səfər matçında buraxılıb.
166     
Reklam

Reklam