» » » Ukraynalı azarkeş millisinin məğlubiyyətinə dözməyərək stadionda keçinib

Ukraynalı azarkeş millisinin məğlubiyyətinə dözməyərək stadionda keçinib

Ukraynalı azarkeş millisinin məğlubiyyətinə dözməyərək stadionda keçinibDÇ-2018-in seçmə mərhələsində keçirilən Ukrayna – Xorvatiya matçında bədbəxt hadisə baş verib. Premyer.az xəbər verir ki, Kiyevin "Olimpiskiy” stadionunda keçirilən görüşdə azarkeşlərdən biri vəfat edib.

Oyun sonrası mətbuat konfransında bədbəxt hadisə haqqında danışan Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko, 40 yaşlı azarkeşin ürək çatışmazlığından keçindiyini bildirərək, buna kədərləndiyi qeyd edib və baş sağlığı verib. 
 
Qeyd edək ki, Xorvatiyanın 2:0 hesabı ilə qalib gəldiyi görüşdə qonaqlar DÇ pley-off mərhələsinə vəsiqə qazanıbsa, meydan sahibləri qrupda qalıb.







83