» » » Prosineçki: "Əlimizdən gələni edəcəyik ki, matçdan sonra bir-birimizin üzünə baxa bilək"

Prosineçki: "Əlimizdən gələni edəcəyik ki, matçdan sonra bir-birimizin üzünə baxa bilək"

Millimizin baş məşqçisi Robert Prosineçki Almaniya ilə oyundan öncə mətbuat konfransı keçirib. O əvvəlcə bu günkü oyun haqda danışıb:

"Rəqib barədə çox şey demək istəmirəm. Almaniya dünyanın ən güclü komandasıdır. Bu görüşdə onların oyununu çətinləşdirməyə çalışacağıq. Bizi çətin oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, matçdan sonra bir-birimizin üzünə baxa bilək. Almanlara qarşı öz evimizdə keçirdiyimiz oyunda qol vurub, onları "qıdığlaya bildik". Artıq onlar bizim nəyə qadir olduğumuzu bilirlər".

Prosineçki bu dəfə millinin heyətini açıqlamayıb: "İndiki durumda son məşqi gözləməliyəm. Zədəli oyunçular var. Onların son durumunu öyrəndikdən sonra heyəti müəyyənləşdirəcəm.

Xorvatiyalı mütəxəssis Rəşad Sadıqovun Almaniyada meydana çıxmayacağını bildirib. O, Çexiya ilə oyunun Sadıqov üçün millidə sonuncu olduğunu vurğulayıb.

Prosineçki rəqibdən qorxmadıqlarını deyib: "Futbolda hər şey ola bilər. Hər bir komandaya hörmətlə yanaşırıq, ancaq onlardan qorxmuruq. Uşaqlar Bakıdakı oyunu yada salıb, burda da yaxşı çıxış edəcəklər".
66