» » » Robert Prosineçki: "Yenə “ikinci mərtəbə”dən qol buraxdıq"

Robert Prosineçki: "Yenə “ikinci mərtəbə”dən qol buraxdıq"

DÇ-2018-in seçmə mərhələsində keçirilmiş Azərbaycan – Çexiya oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:

Robert Prosineçki (Azərbaycan millisinin baş məşqçisi): "Bizi çətin oyun gözlədiyini demişdim. Bu gün bir daha bunun şahidi olduq. İlk dəfə hesabda geri düşəndən sonra qol vura bildik. Amma əfsuslar olsun ki, sonra yenə "ikinci mərtəbə”dən qol buraxdıq. Ardınca Ramil Şeydayev əlinə düşən imkandan yararlana bilmədi. Buna baxmayaraq, komandamdan razı qaldım. Qələbə münasibətilə Çexiya yığmasını təbrik edirəm. Futbolda səhvlər olur. Bu gün də komandam səhvlərə yol verdi. Standart vəziyyətlərdən çox qol buraxırıq. Bəzi mövqelərdə problemlər var”.
 
Karel Yarolim (Çexiya yığmasının baş məşqçisi): "Oyunumuzun pis alındığını deməzdim. Amma qələbə qazansaq da, səhvlərimiz oldu. Rəqibin gücünü xüsusilə ikinci hissədə hiss etdik. Azərbaycan yığmasının müdafiə xəttinin daha inamlı olduğunu dünən demişdim və bunu futbolçularıma bildirmişdim. Rəqibin oyununu yüksək qiymətləndirirəm”.


72