» » » "Karyeramı "Neftçi"də davam etdirəcəyimdən tam əmin deyiləm"

"Karyeramı "Neftçi"də davam etdirəcəyimdən tam əmin deyiləm"

Çexiyalı futbolçu Pavel Dreksa "Neftçi"dən ayrıla bilər. 

Premyer.az xəbər verir ki, mərkəz müdafiəçisi millimizlə oyun ərəfəsində ölkəsinin mətbuata açıqlama verib.
O, "Neftçi"də qalacağından əmin olmadığını deyib: "Mövsümün əvvəlindən bəri 3-cü məşqçinin rəhbərliyi altında çalışıram. Vəziyyətimiz yaxşı deyil, amma çalışmalıyıq ki, hər şeyi qaydasına salaq. Yeni məşqçinin gəlişindən iki oyun sonra qələbə qazanmağı bacardıq. Klubdakı gələcək karyerama gəlincə, köhnə məşqçimiz mənimlə müqavilənin uzadılmasında maraqlı idi. İndi hər şey sual altındadı. Karyeramı "Neftçi"də davam etdirəcəyimdən tam əmin deyiləm".
Qeyd edək ki, Dreksa "Neftçi"yə "Karvina" klubundan transfer olunub.

102