» » » AFFA kobud oyun və aqressiv davranışa görə bir sıra futbolçuları cəzalandırdı

AFFA kobud oyun və aqressiv davranışa görə bir sıra futbolçuları cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Premyer.az iclasda qəbul edilən qərarları diqqətinizə çatdırır:
 
29 sentyabr 2017-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının VII turunun "Qəbələ” – "Kəpəz” matçında "Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
 
3 oktyabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun I turunun "Xəzər” – "Mil-Muğan” matçının 60-cı dəqiqəsində "Mil-Muğan” klubunun 15 №-li futbolçusu Vüqar Əlibabayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur. Oyunun 76-cı dəqiqəsində "Xəzər” klubunun 7 №-li futbolçusu Anar Babayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
 
4 oktyabr 2017-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun I turunun "Turan Tovuz” – "Şüvəlan” matçında "Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
 
28 sentyabr 2017-ci il, U-16 Liqasında, "Sumqayıt” – "Kəpəz” matçının 67-ci dəqiqəsində "Kəpəz” klubunun 1 №-li futbolçusu Pərvin Zeynalov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır. Oyunun 81-ci dəqiqəsində "Sumqayıt” klubunun 9 №-li futbolçusu Cavidan Abbaszadə aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.
 
1 oktyabr 2017-ci il, Boulevard Hotel U-15 Liqasında,  "İnter” – İOEUGİM matçının 62-ci dəqiqəsində "İnter” klubunun 4 №-li futbolçusu Rəşad Həsənov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
 
1 oktyabr 2017-ci il, Boulevard Hotel U-15 Liqasında, "Sumqayıt” – "Qarabağ” matçının 39-cu dəqiqəsində "Qarabağ” klubunun 5 №-li futbolçusu Elmir Əliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
1 oktyabr 2017-ci il, U-14 Liqasında TİM UĞUR (Gəncə) – "Gənclərbirliyi” (Gəncə) matçının 40-cı dəqiqəsində "Gənclərbirliyi” klubunun 7 №-li futbolçusu Danışyar Xosrov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
 
30 sentyabr 2017-ci il, Coca-Cola U-13 Liqasında UGİM (Biləsuvar) – "Muğan” (Salyan) matçının 38-ci dəqiqəsində UGİM klubunun 7 №-li futbolçusu Murad Zəkiyev təhqiredici ifadələr işlətdiyinə görə, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
 
30 sentyabr 2017-ci il, Coca-Cola U-13 Liqasında "Arzu” UGİM-1 (Gəncə) – "Azəri” TİM (Gəncə) matçında "Arzu” UGİM-1 komandasanın heyətində yetərsay olmadığına görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
 
30 sentyabr 2017-ci il, U-12 Liqasında "Kürdəmir Çöhranlı” – "Şirvan” matçında "Kürdəmir Çöhranlı” komandasanın heyətində lisenziyası olmayan futbolçu iştirak etdiyinə görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
 
30 sentyabr 2017-ci il, U-11 Liqasında "Gənclik FT Gimnaziya” – UGİM "Gənclərbirliyi” matçında "Gənclik FT Gimnaziya” komandasa iştirak etmədiyinə görə,  kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

196     
Reklam

Reklam