» » » Türkiyəli həkimlər Səlahət Ağayevlə bağlı son qərarı verdi

Türkiyəli həkimlər Səlahət Ağayevlə bağlı son qərarı verdi

"Neftçi”nin "Zirə” ilə oyunöncəsi məşqdə zədələnmiş qapıçısı Səlahət Ağayevin "sağ budun gətirici əzələsinin vətərinin hissəvi yırtığı” diaqnozu ilə əməliyyat olunacağı haqda məlumat vermişdik.
 
Premyer.az bildirir ki, təcrübəli futbolçu "Neftçi” PFK-nın artıq 2 ildən çoxdur əməkdaşlıq etdiyi Avropanın lider klinikalarından olan "Acıbadəm Fulya" xəstəxanasında əməliyyat olunmaq üçün sentyabrın 19-da Türkiyənin İstanbul şəhərinə yola düşmüşdü.
Lakin orada müayinə olunandan sonra bu sahədə Türkiyənin tanınmış mütəxəssisi Berkin Tokerin rəhbərlik etdiyi həkimlərin birgə rəyinə görə əməliyyata ehtiyac görülməyib. Səlahət Ağayevin həkimlərin nəzarəti altında daha əlverişli şəraitdə bərpa xarakterli fiziki məşqlər keçməsi üçün "Acıbadəm Fulya" xəstəxanasında qalması məqsədəuyğun sayılıb.
 
"Neftçi” PFK-nın rəhbərliyi bir neçə gündən sonra İstanbula yollanaraq Səlahət Ağayevə baş çəkməyi planlaşdırır. Həkimlərin qərarına görə oktyabrın 10-dək Bakıya qayıdıb bərpa prosesini burada davam etdirəcək futbolçunun noyabrda komanda ilə məşqlərə başlayacağı gözlənilir.

105