» » » “Qəbələ” yenidən "Neftçi" ilə qarşılaşacaq

“Qəbələ” yenidən "Neftçi" ilə qarşılaşacaq

“Qəbələ” yenidən "Neftçi" ilə qarşılaşacaqTopaz Premyer Liqasının VII turunda "Kəpəz”lə qarşılaşan "Qəbələ”nin milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründəki hazırlıq planı müəyyənləşib. Premyer.az bildirir ki, Gəncə təmsilçisi ilə sentyabrın 29-da keçirilən ev oyunundan (0:2) sonra qısa istirahətə buraxılan "qırmızı-qaralar” hazırlıqlarını oktyabrın 3-də bərpa edəcək. Məşq prosesinə yığmaların düşərgəsində olan futbolçular qatılmayacaq.
 
"Qəbələ” fasilə dövründə yoxlama oyunu da keçirəcək. Komandamız hazırlıq matçında "Neftçi” ilə üz-üzə gələcək. Görüş oktyabrın 7-də baş tutacaq. Bakıdakı İsmət Qayıbov adına təlim-məşq bazasında keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.
167     
Reklam

Reklam